Biliklər Adası haqqında

Salam, dostlar! Sevimli Biliklər Adasına xoş gəlmişsiniz! Bizim əziz dostumuz Təpəgöz sizə və sizin balalarınıza məmnuniyyətlə köməklik göstərəcək! Bizim kiçik dostların köməyi ile, ağıllı kirpi, gülməli qorilla, şirin pişik ve digər dostsever personajlarla dil inkişafın əsaslarını, riyaziyyatın ve elmin digər qollarını öyrənmək daha asan olacaq. Uşaqlar üçün rəngarəng arzular dünyasına səyahət imkanı yaradır: saymağın asan yollarını tapmaq, herflerin adlarını anlamaq, musiqi səslərini tanımaq və s. kimi maraqlı və həyəcanlandırıcı oyunlarla tanış edir. Bu böyük bir əyləncə, və eyni zamanda öyrənmək, yaddaş bacarığını artırmaq və diqqəti yaxşılaşdırmaq üçün bir imkandır.

Emosional bağlantını yaratmaq üçün biz maskotu yaratmışıq. Balaca, xeyirxah və ağıllı Təpəgöz. Baxmayaraq ki, o Təpəgözdü onun böyük üreyi ve biliyə böyük həvəsi var. Təpəgöz də bizim uşaqlarla eyni yaşdadır və onlarla dostlaşıb məktəbə hazırlaşacaq!

Onlar eyni dilde danışırlar. Təpəgöz uşağınıza öyrənməyə kömək edir ve eyni vaxtda özü də öyrənir. Onlar hər şeyi birlikde edir ve öyrənməkdən həzz alırlar. O həmişə uşağınızın uğuruna sevinir çünki bu onun da uğurudur.